Azərbaycanın su təhlükəsizliyi tarixində yeni mərhələ işğaldan azad edilmiş ərazilərin bərpası ilə başlayıb. Uzun illər ərzində Ermənistan tərəfindən su resurslarından təzyiq aləti kimi istifadə edilməsi region əhalisi üçün ciddi təhlükələr yaratmışdı. Bu vəziyyət həm kənd təsərrüfatına, həm də ekoloji tarazlığa böyük zərər vurmuşdu.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Sərsəng və Suqovuşan su anbarlarının Azərbaycanın nəzarətinə qaytarılması su terroruna son qoydu. Bu addım yalnız siyasi və hərbi qələbənin deyil, həm də infrastruktur və təhlükəsizlik baxımından strateji üstünlüyün göstəricisi oldu. Bununla su ehtiyatlarının idarə olunmasında tamamilə yeni reallıq formalaşdı.

Hazırda azad edilmiş ərazilərdə su təsərrüfatının bərpası geniş vüsət alıb. Köndələnçay, Xaçınçay və Zabuxçay su anbarlarının yenidən qurulması kənd təsərrüfatı və əhalinin su təminatı üçün mühüm imkanlar yaradır. Gələcəkdə planlaşdırılan Həkəriçay və Bərgüşadçay layihələri isə bu bölgələrin uzunmüddətli su təhlükəsizliyini təmin edəcək.

Bu proses göstərir ki, su infrastrukturu bərpa strategiyasının əsas sütunlarından biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət azad edilmiş ərazilərin dayanıqlı yaşayış və iqtisadi fəaliyyət məkanına çevrilməsinə xidmət edir.

İlham Həsənov

YAP Şuşa rayon təşkilatının 26 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.