Azərbaycanın regional inkişaf siyasətində azad edilmiş ərazilərin bərpası xüsusi yer tutur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu proses təkcə tikinti və quruculuq deyil, eyni zamanda sosial və iqtisadi həyatın yenidən qurulmasıdır. Su infrastrukturu bu bərpa prosesinin əsas elementlərindən biri kimi çıxış edir.

İşğal dövründə Ermənistan tərəfindən su ehtiyatlarından məqsədli şəkildə istifadə edilməsi bölgədə ciddi ekoloji və humanitar problemlər yaratmışdı. “Sərsəng” və “Suqovuşan” su anbarlarından təzyiq aləti kimi istifadə olunması uzun illər region əhalisini təhlükə altında saxlamışdı. Bu ərazilərin azad edilməsi ilə həmin risklər tamamilə aradan qaldırıldı.
Hazırda azad edilmiş rayonlarda yeni su layihələri geniş vüsət alıb. “Köndələnçay”, “Xaçınçay” və “Zabuxçay” su anbarlarının bərpası kənd təsərrüfatı və əhalinin su təminatı üçün mühüm imkanlar yaradır. Gələcəkdə planlaşdırılan “Həkəriçay” və “Bərgüşadçay” layihələri isə Qarabağ və Şərqi Zəngəzurun su təhlükəsizliyini uzunmüddətli perspektivdə təmin edəcək.
Bu layihələr göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regional siyasət yalnız bugünkü bərpa işlərini deyil, gələcək inkişafı da hədəfləyir. Azad edilmiş ərazilərin vahid infrastruktur sisteminə inteqrasiyası Azərbaycanın ərazi bütövlüyünün iqtisadi və sosial baxımdan möhkəmləndirilməsinə xidmət edir.
Nizami Şahvələdov
YAP Şuşa rayon təşkilatının 33 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın