Müasir şəraitdə su ehtiyatlarının idarə olunması yalnız texniki məsələ deyil, dövlətin sosial-iqtisadi inkişaf strategiyasının ayrılmaz hissəsidir. İqlim dəyişiklikləri, quraqlıq riskləri və transsərhəd çaylardan asılılıq su siyasətinin daha düşünülmüş şəkildə aparılmasını tələb edir. Azərbaycan bu reallıqları nəzərə alaraq su təhlükəsizliyini milli prioritetlər sırasında saxlayır. Bu yanaşma gələcək nəsillər üçün etibarlı resurs bazasının qorunmasına yönəlib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş yanvarın 12-dəki müşavirə bu istiqamətdə həyata keçirilən siyasətin davamlılığını nümayiş etdirdi. Müşavirədə təqdim olunan 2026–2035-ci illər üzrə Dövlət Proqramı Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı və tullantı suları sistemlərinin modernləşdirilməsini nəzərdə tutur. Proqram mövcud infrastrukturu yeniləməklə yanaşı, xidmət keyfiyyətinin yüksəldilməsini əsas hədəf kimi müəyyən edir.
Son dövrlərdə inşa edilmiş su anbarları və aparılan bərpa işləri yeni proqramın uğurla icrası üçün möhkəm əsas yaradır. Fasiləsiz içməli su təminatının genişləndirilməsi, su itkilərinin azaldılması və kanalizasiya xidmətlərinin əhatə dairəsinin artırılması bu sahədə əsas nəticələrdən biri olacaq. Eyni zamanda, ekoloji təhlükəsizliyin gücləndirilməsi və su mənbələrinin qorunması dayanıqlı inkişafın təminatına çevrilir.
Rəfail Məmmədov
“Əməkdar müəllim”, YAP Şuşa rayon təşkilatının fəal üzvü

Bir şərh yazın