Su resurslarının məhdudluğu və iqlim risklərinin artması su təsərrüfatına yanaşmada köklü dəyişiklikləri zəruri edir. Bakı və Abşeron yarımadası bu baxımdan xüsusi həssas ərazilərdir. Məhz buna görə də Azərbaycan hökuməti bu bölgə üçün su siyasətini uzunmüddətli strateji sənəd əsasında formalaşdırmaq qərarına gəlib.

Prezident İlham Əliyevin yanvarın 12-də keçirdiyi müşavirə göstərdi ki, su məsələsi artıq kommunal xidmət çərçivəsindən çıxaraq milli təhlükəsizlik kontekstində qiymətləndirilir. 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı Bakı, Sumqayıt və Abşeron rayonunun su təchizatı, kanalizasiya və yağış sularının idarə olunmasını vahid sistemdə birləşdirir.
Bu proqramın hazırlanmasına qədər son 20 ildə görülən işlər möhkəm təməl yaradıb. Dörd iri su anbarının tikilməsi, Samur sularının Ceyranbatan sisteminə yönləndirilməsi və müasir təmizləyici qurğuların qurulması su təminatında əsaslı dönüş nöqtəsi olub. Bu addımlar paytaxtın su təhlükəsizliyini xeyli gücləndirib.
Yeni mərhələdə isə əsas məqsəd mövcud imkanları genişləndirmək və itkiləri minimuma endirməkdir. Yeni su anbarlarının tikintisi, fasiləsiz su təminatının artırılması və tullantı sularının tam təmizlənməsi Bakı və Abşeronun dayanıqlı inkişafını təmin edəcək. Bu, Prezident İlham Əliyevin resursların səmərəli idarə olunmasına əsaslanan dövlət siyasətinin davamıdır.
Namiq Hüseynov
YAP Şuşa rayon təşkilatının 35 saylı ərazi partiya təşkilatınn sədri

Bir şərh yazın