Müasir dünyada su ehtiyatlarının idarə olunması milli təhlükəsizlik məsələsi kimi dəyərləndirilir və Azərbaycan bu reallığı vaxtında nəzərə alan ölkələr sırasındadır. Prezident İlham Əliyevin yanvarın 12-də keçirilən müşavirədə səsləndirdiyi fikirlər su sektoruna yanaşmanın sırf texniki deyil, strateji xarakter daşıdığını göstərdi. Dövlət başçısının çıxışı bu sahədə görülən işlərin miqyasını və qarşıda duran vəzifələri aydın şəkildə ortaya qoydu.

Son 20 ildə icra edilən infrastruktur layihələri nəticəsində ölkənin enerji və kommunal sistemləri tamamilə yenilənib. Enerji qıtlığının aradan qaldırılması, qazlaşmanın 96 faizə çatdırılması və ixrac imkanlarının genişlənməsi Azərbaycanı regionda etibarlı tərəfdaşa çevirib. Bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasətin real nəticəsidir və ölkənin iqtisadi dayanıqlığını gücləndirən əsas amillərdəndir.

Su anbarlarının tikintisi və mövcud obyektlərin modernləşdirilməsi isə bu siyasətin mühüm tərkib hissəsidir. Taxtakörpü, Şəmkirçay və Ceyranbatan layihələri paytaxtın və regionların su təminatını təmin edən əsas dayaqlardır. İqlim dəyişiklikləri fonunda bu infrastrukturun əhəmiyyəti daha da artır və su ehtiyatlarının səmərəli idarə olunmasını zəruri edir.

Yeni Dövlət Proqramı Bakı və Abşeron yarımadasında uzun illər yığılıb qalmış problemlərin sistemli həllini nəzərdə tutur. Yeni su anbarlarının tikintisi, magistral kanalların və paylayıcı şəbəkələrin qurulması, tullantı və yağış sularının idarə olunması paytaxtın dayanıqlı inkişafına xidmət edəcək. Bu proqram su təhlükəsizliyinin gələcək onilliklər üçün təmin olunmasına yönəlmiş strateji sənəddir.

Gülsarə Abbasova

Respublikanın “Əməkdar mədəniyyət işçisi”, Şuşa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru,YAP Şuşa rayon təşkilatının 32 saylı ərazi partiya təşkilatının sədr müavini


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.