Resursların səmərəli idarə olunması müasir dövlət idarəçiliyinin əsas prinsiplərindən biridir və Azərbaycan bu istiqamətdə ardıcıl siyasət həyata keçirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan inkişaf strategiyasında su təhlükəsizliyi xüsusi yer tutur. Bakı və Abşeron yarımadası üçün 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramının hazırlanması bu yanaşmanın real ifadəsidir.

Son illər ərzində enerji və kommunal infrastrukturun yenilənməsi Azərbaycanın dayanıqlı inkişafına ciddi töhfə verib. Enerji generasiya güclərinin artırılması, yeni istilik və su elektrik stansiyalarının tikintisi ölkənin enerji müstəqilliyini tam təmin edib. Vaxtilə enerji çatışmazlığı yaşayan Azərbaycan bu gün regional və beynəlxalq səviyyədə etibarlı enerji tərəfdaşı kimi tanınır.
Eyni zamanda, nəqliyyat infrastrukturu sahəsində həyata keçirilən layihələr regionların sosial-iqtisadi inkişafını sürətləndirib. Magistral yolların, kənd və şəhərlərarası nəqliyyat xətlərinin tikintisi iqtisadi fəallığın artmasına və əhalinin həyat şəraitinin yaxşılaşmasına şərait yaradıb. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə paralel şəkildə icra olunan enerji, su və yol layihələri həmin torpaqların sürətlə dirçəlməsinə xidmət edir.
Prezident İlham Əliyevin 12 yanvar müşavirəsində vurğuladığı kimi, su problemlərinin həlli artıq lokal tədbirlərlə deyil, kompleks yanaşma ilə həyata keçiriləcək. Yeni proqram çərçivəsində su ehtiyatlarının qorunması, itkilərin azaldılması və müasir idarəetmə mexanizmlərinin tətbiqi Azərbaycanın uzunmüddətli su təhlükəsizliyini təmin edəcək.
Məmmədli Nəzirə
YAP Şuşa rayon təşkilatının əməkdaşı

Bir şərh yazın