Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən ardıcıl və müasir çağırışlara uyğun şəkildə davam etdirilməsi Azərbaycanın son 22 ildən artıq dövrdə əldə etdiyi mühüm nailiyyətlərin əsasını təşkil edir. Dövlət idarəçiliyində proqramlı yanaşmanın tətbiqi bütün sahələrdə sistemli inkişafı təmin edib. Xüsusilə Dövlət Proqramlarının qəbulu sosial-iqtisadi sabitliyin möhkəmləndirilməsində və uzunmüddətli hədəflərin reallaşdırılmasında mühüm rol oynayıb. Bu siyasət regionların potensialından səmərəli istifadə edilməsinə imkan yaradıb.

Regional inkişaf proqramlarının icrası nəticəsində ölkənin sosial-iqtisadi xəritəsi əsaslı şəkildə dəyişib. Bölgələrdə yeni iş yerlərinin açılması, infrastrukturun yenilənməsi və xidmət səviyyəsinin yüksəlməsi əhalinin məşğulluq imkanlarını genişləndirib. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri də bu strategiyanın ayrılmaz hissəsidir. Artıq həmin ərazilər müasir standartlara cavab verən yaşayış və istehsal məkanlarına çevrilir.

Prezident İlham Əliyevin yanvarın 12-də sədrliyi ilə keçirilmiş müşavirədə Bakı şəhəri və Abşeron yarımadasını əhatə edən 2026–2035-ci illər üzrə Dövlət Proqramının əsas konturları müzakirə olundu. Dövlətimizin başçısı çıxışında son illər ərzində ölkədə əsas infrastruktur problemlərinin mərhələli şəkildə həll edildiyini vurğuladı. Elektrik enerjisi ilə təminatın bütün ölkəni əhatə etməsi və Azərbaycanın enerji ixracatçısına çevrilməsi bu siyasətin real nəticələrindəndir.

Yeni Dövlət Proqramı paytaxt və Abşeron yarımadası üçün su təhlükəsizliyinin uzunmüddətli təminatını hədəfləyir. Proqramın icrası nəticəsində içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri müasir tələblərə uyğun şəkildə yenilənəcək. Maliyyələşmənin dövlət büdcəsi və xarici kreditlər hesabına təmin olunması layihənin real icra mexanizmlərinə malik olduğunu göstərir. Bu yanaşma dayanıqlı inkişaf strategiyasının davamlılığını təsdiqləyir.

Türkan Hüseynova

Şuşa şəhər 1 nömrəli tam orta məktəbin müəllimi,YAP Şuşa rayon təşkilatının fəal üzvü


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.