Su təhlükəsizliyi müasir dövrdə dövlətlərin sosial rifahı və iqtisadi davamlılığı üçün əsas strateji sahələrdən birinə çevrilib. İqlim dəyişiklikləri, su ehtiyatlarının azalması və əhalinin artması bu resursun idarə olunmasına yanaşmanı köklü şəkildə dəyişməyi tələb edir. Azərbaycan su məsələsini yalnız infrastruktur problemi kimi deyil, milli təhlükəsizlik və uzunmüddətli inkişaf amili kimi qiymətləndirir. Bu baxımdan qəbul edilən qərarlar qabaqlayıcı və planlı xarakter daşıyır.

Prezident İlham Əliyevin yanvarın 12-də sədrliyi ilə keçirilmiş müşavirə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin yenilənməsinə yönəlmiş 2026–2035-ci illər üzrə Dövlət Proqramının strateji mahiyyətini ortaya qoydu. Proqram paytaxt ərazisində su infrastrukturunun mərhələli şəkildə yenidən qurulmasını və əhalinin fasiləsiz içməli su ilə təminatının genişləndirilməsini hədəfləyir. Bu sənəd uzun illər mövcud olan problemlərin sistemli həllinə imkan yaradır.
Son illərdə həyata keçirilən iri su layihələri yeni proqram üçün möhkəm baza formalaşdırıb. Böyük su anbarlarının tikintisi, mövcud sistemlərin modernləşdirilməsi və təmizləyici qurğuların qurulması su təminatında dayanıqlığı artırıb. Dövlət Proqramı çərçivəsində su itkilərinin azaldılması, kanalizasiya xidmətlərinin genişləndirilməsi və ekoloji təhlükəsizliyin gücləndirilməsi bu sahədə keyfiyyətcə yeni mərhələnin əsasını qoyur.
Gülnar Qurbanova
Qabaqcıl təhsil işçisi,YAP Şuşa rayon təşkilatının 22 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın