Bakı şəhəri və Abşeron yarımadası üçün qəbul edilən yeni Dövlət Proqramı Azərbaycanın infrastruktur siyasətində mühüm mərhələdir. Prezident İlham Əliyevin yanvarın 12-də keçirilən müşavirədə səsləndirdiyi fikirlər göstərdi ki, paytaxtın su təchizatı məsələləri artıq lokal tədbirlərlə deyil, kompleks və strateji yanaşma ilə həll olunacaq. Bu proqram onilliklər boyu yığılan problemlərə sistemli cavabdır.

Proqramın əsas məqsədlərindən biri fasiləsiz içməli su ilə təminatın əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirməkdir. Su itkilərinin kəskin azaldılması, kanalizasiya xidmətinin demək olar ki, bütün əhalini əhatə etməsi planlaşdırılır. Eyni zamanda, yeni magistral kanalların və paylayıcı şəbəkələrin qurulması su təsərrüfatının səmərəliliyini artıracaq.

Yağış sularının idarə olunması məsələsi də proqramda xüsusi yer tutur. Bakının müxtəlif ərazilərində yeni kollektorların tikilməsi leysan yağışları zamanı yaranan problemlərin qarşısını almağa xidmət edəcək. Tullantı sularının tam təmizlənməsi və Hövsan sutəmizləyici qurğusunun modernləşdirilməsi isə Xəzər dənizinin ekoloji mühafizəsi baxımından strateji əhəmiyyət daşıyır.

Xüsusi diqqət çəkən məqamlardan biri də duzsuzlaşdırma zavodunun inşasıdır. Prezident İlham Əliyevin qeyd etdiyi bu layihə Abşeron yarımadası üçün alternativ su mənbəyi yaradacaq. Xarici investisiyalar hesabına həyata keçiriləcək bu təşəbbüs Azərbaycanın su təhlükəsizliyini daha da möhkəmləndirəcək və gələcək risklərə qarşı etibarlı mexanizm formalaşdıracaq.

Xəyalə Novruzova

Şuşa rayon 7 №li tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədr müavini


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.