Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən infrastruktur siyasəti azad edilmiş ərazilərdə xüsusilə aydın şəkildə özünü göstərir. Yanvarın 12-də keçirilən müşavirədə səsləndirilən fikirlər göstərdi ki, su layihələri bu bölgələrdə təkcə texniki deyil, həm də siyasi və humanitar əhəmiyyət daşıyır. Uzun illər işğal altında qalan ərazilərin bərpası vahid infrastruktur strategiyasının əsas istiqamətlərindən biridir.

İşğal dövründə su ehtiyatlarından məqsədli şəkildə istifadə edilməsi region əhalisinə ciddi zərər vurmuşdu. Bu gün həmin ədalətsizliyin aradan qaldırılması üçün genişmiqyaslı layihələr həyata keçirilir. Suqovuşan və Sərsəng su anbarlarının bərpası, yeni su layihələrinin icrası bölgənin sosial və iqtisadi dirçəlişinə güclü təkan verir.

Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, Köndələnçay, Xaçınçay və Zabuxçay layihələri azad edilmiş ərazilərin su təminatında mühüm rol oynayacaq. Eyni zamanda, Həkəriçay və Bərgüşadçay istiqamətində planlaşdırılan layihələr bölgənin uzunmüddətli inkişafına xidmət edir. Bu addımlar həmin ərazilərin vahid infrastruktur sisteminə inteqrasiyasını sürətləndirir.

Bu layihələr yalnız texniki problemlərin həlli deyil, eyni zamanda insanların doğma torpaqlara qayıdışı üçün etibarlı yaşayış şəraitinin yaradılması deməkdir. Su təminatının dayanıqlı şəkildə qurulması kənd təsərrüfatının, sənayenin və məskunlaşmanın əsas şərtidir. Bu baxımdan görülən işlər Azərbaycanın bərpa və inkişaf modelinin əsas sütunlarından biridir.

Aynurə Məlikova

Şuşa rayon 10 №li tam orta məktəbin direktoru,YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.