Müasir dünyada su ehtiyatlarının idarə olunması dövlətlərin sosial-iqtisadi sabitliyini və milli təhlükəsizliyini müəyyən edən əsas faktorlardan birinə çevrilib. İqlim dəyişiklikləri, urbanizasiyanın sürətlənməsi və əhali artımı suya olan tələbatı artırmaqla yanaşı, bu resursların planlı şəkildə qorunmasını zəruri edir. Azərbaycan bu çağırışlara adekvat cavab verən ölkələr sırasındadır və son illər həyata keçirilən su siyasəti bunu aydın şəkildə nümayiş etdirir.

Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də keçirilən müşavirə bu siyasətin ardıcıl və strateji xarakter daşıdığını bir daha təsdiqlədi. Bakı şəhəri və Abşeron yarımadası üçün hazırlanmış 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı su məsələsinə yanaşmanın lokal çərçivədən çıxaraq milli miqyasda planlaşdırıldığını göstərir. Bu sənəd təkcə mövcud problemlərin həllinə deyil, gələcək risklərin qabaqlanmasına yönəlib.

Son 20 ildə inşa edilən iri su anbarları və müasir su təmizləyici qurğular Azərbaycanın su təhlükəsizliyinin əsas dayaqlarını formalaşdırıb. Taxtakörpü və Şəmkirçay su anbarları, eləcə də Ceyranbatan kompleksinin yenidən qurulması paytaxtın və regionların su təminatında mühüm rol oynayır. Bu layihələr olmasaydı, bu gün su qıtlığı ilə bağlı ciddi problemlər qaçılmaz olardı.

Yeni Dövlət Proqramı çərçivəsində yeni su mənbələrinin yaradılması, itkilərin azaldılması və rəqəmsal idarəetmə mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Bu yanaşma göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın su təhlükəsizliyini uzunmüddətli və dayanıqlı əsaslar üzərində qurur.

Səbinə Gözəlova

Şuşa şəhər 1 nömləri tam orta məktəbin direktoru, YAP Şuşa Rayon Təşkilatının 41 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.