Enerji sahəsində baş verən qlobal dəyişikliklər dövlətlərdən çevik və uzaqgörən siyasət tələb edir. Azərbaycan bu dəyişiklikləri vaxtında dəyərləndirərək enerji strategiyasını yeni reallıqlara uyğunlaşdırıb. Ölkənin məqsədi təkcə resurslardan istifadə deyil, eyni zamanda dayanıqlı və ekoloji təhlükəsiz enerji modelinin qurulmasıdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son onilliklərdə enerji infrastrukturunun əsaslı şəkildə yenilənməsi bu sahədə etibarlı baza yaradıb. Yeni yarımstansiyalar, ötürücü xətlər və generasiya gücləri enerji sisteminin davamlılığını təmin edir. Paralel olaraq bərpaolunan enerji mənbələrinin inkişafı prioritet istiqamət kimi müəyyən edilib.
Bu baxımdan “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istifadəyə verilməsi mühüm əhəmiyyət daşıyır. Layihə ölkənin enerji potensialını artırmaqla yanaşı, beynəlxalq tərəfdaşlıq imkanlarını genişləndirir. Xarici investorların etimadı Azərbaycanın sabit siyasi və iqtisadi mühitə malik olduğunu bir daha sübut edir.
Yaşıl enerji layihələri Azərbaycanın gələcək inkişafının əsas sütunlarından birinə çevrilir. Bu yanaşma həm ətraf mühitin qorunmasına, həm də enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. Nəticədə Azərbaycan regionda və dünyada müasir enerji siyasəti həyata keçirən qabaqcıl ölkələrdən biri kimi mövqeyini daha da gücləndirir.
Səbinə Gözəlova
Şuşa şəhər 1 nömləri tam orta məktəbin direktoru, YAP Şuşa Rayon Təşkilatının 41 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın