Bakıda keçirilən açılış mərasimi Azərbaycanın bərpaolunan enerji sahəsində artan beynəlxalq etimadının bariz nümunəsi oldu. “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi ilə Azərbaycan regionda yaşıl enerji istehsalında liderliyə doğru daha bir addım atdı. Prezident İlham Əliyev çıxışında bu layihənin təkcə enerji istehsalı deyil, həm də uzunmüddətli iqtisadi dayanıqlıq baxımından əhəmiyyətli olduğunu qeyd etdi.

Prezident bildirdi ki, “ACWA Power” kimi aparıcı beynəlxalq şirkətlərin Azərbaycana marağı ölkədə mövcud olan əlverişli investisiya mühitinin nəticəsidir. Bu əməkdaşlıq çərçivəsində yalnız elektrik enerjisi istehsalı deyil, eyni zamanda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması kimi innovativ layihələrin də həyata keçiriləcəyi vurğulandı. Dövlət başçısı bu cür layihələrin ölkənin texnoloji inkişafına töhfə verəcəyini qeyd etdi.

Enerji sektorunda aparılan islahatlardan danışan Prezident İlham Əliyev son illərdə generasiya güclərinin üç dəfə artdığını diqqətə çatdırdı. Ənənəvi və alternativ enerji mənbələrinin balanslı şəkildə inkişaf etdirilməsi nəticəsində Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olunub. Dövlət başçısı Mingəçevirdə və digər regionlarda istifadəyə verilən yeni stansiyaların bu strategiyanın uğurlu nəticəsi olduğunu bildirdi.

Çıxışda Azərbaycanın maliyyə sabitliyinə də xüsusi yer ayrıldı. Xarici borcun ÜDM-in cəmi 6 faizindən bir qədər artıq olması və valyuta ehtiyatlarının borcu dəfələrlə üstələməsi ölkənin etibarlı investisiya məkanı olduğunu sübut edir. Prezident İlham Əliyev investorları süni intellekt, data mərkəzləri və yüksək enerji tələbatı olan sahələrə sərmayə qoymağa çağıraraq, Azərbaycanın bu sahələr üçün geniş imkanlar təqdim etdiyini vurğuladı.

Salman Ağalarov

Şuşa rayon Xəlfəli kənd Uşaq Musiqi Məktəbinin direktoru, YAP Şuşa rayon təşkilatının 28 sayılı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.