Azərbaycan son illər həyata keçirdiyi məqsədyönlü enerji siyasəti ilə regionda və qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınır. Enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, iqtisadi dayanıqlığın təmin olunması və ekoloji məsuliyyətin artırılması bu siyasətin əsas dayaqlarıdır. Ölkə həm ənənəvi enerji resurslarından səmərəli istifadəni davam etdirir, həm də bərpaolunan enerji mənbələrinin inkişafını strateji prioritet kimi müəyyənləşdirir. Bu yanaşma Azərbaycanın enerji sahəsində uzunmüddətli və davamlı inkişaf modelinə keçid etdiyini göstərir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə enerji sektorunda aparılan islahatlar nəticəsində ölkənin generasiya gücləri əsaslı şəkildə yenilənib, müasir infrastruktur formalaşdırılıb. Xüsusilə son illərdə bərpaolunan enerji mənbələrinin enerji balansındakı payının artırılması istiqamətində mühüm layihələr icra olunub. Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edilməsi, günəş, külək və hidroenerji potensialının reallaşdırılması bu siyasətin praktik nəticələridir.

Bu kontekstdə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi Azərbaycanın enerji tarixində mühüm mərhələ hesab olunur. Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə əməkdaşlıq çərçivəsində inşa edilən stansiya ölkəyə iri həcmli xarici investisiyaların cəlb olunmasının bariz nümunəsidir. Layihə təkcə elektrik enerjisi istehsalını artırmır, eyni zamanda təbii qaza qənaət etməklə ixrac imkanlarını genişləndirir.

Yeni stansiyanın fəaliyyəti Azərbaycanın yaşıl enerji strategiyasının real nəticələr verdiyini sübut edir. Bu layihə həm də ölkəmizin Avropaya yönəlik yaşıl enerji dəhlizində mühüm həlqə rolunu oynayır. Azərbaycanın artıq yalnız neft və qaz ixracatçısı deyil, eyni zamanda bərpaolunan enerji ixracatçısı kimi çıxış etməsi qlobal enerji keçidində artan rolunu aydın şəkildə nümayiş etdirir.

Anar Xəlilov

Şuşa Rayon Statistika İdarəsinin rəisi, YAP Şuşa rayon təşkilatının 10 saylı ərazi təşkilatının Sədr müavini


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.