“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışı Azərbaycanın enerji gələcəyinə dair aydın baxışını ortaya qoydu. Prezident İlham Əliyev çıxışında bu layihənin təkcə bugünkü ehtiyaclar üçün deyil, gələcək nəsillər üçün də vacib olduğunu vurğuladı. Bərpaolunan enerji mənbələrinin inkişafı ölkənin iqtisadi modelinin şaxələndirilməsində mühüm rol oynayır.

Prezident qeyd etdi ki, son 20 ildə Azərbaycanın enerji infrastrukturu tamamilə yenilənib və müasir tələblərə uyğunlaşdırılıb. Generasiya güclərinin əhəmiyyətli dərəcədə artması ölkənin artan daxili tələbatını ödəməklə yanaşı, ixrac potensialını da genişləndirib. Bu isə Azərbaycanın regional enerji mərkəzinə çevrilməsinə zəmin yaradır.

Çıxışda investisiya mühitinə dair mühüm mesajlar verildi. Prezident İlham Əliyev vurğuladı ki, ölkədə qəbul edilən bütün müqavilələr dəyişdirilməzdir və dövlət öz öhdəliklərinə sadiqdir. Bu prinsip Azərbaycanın uzun illərdir beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi tanınmasının əsas səbəblərindən biridir.

Gələcək perspektivlərdən danışan dövlət başçısı 2030–2032-ci illərə qədər 8 giqavatlıq yeni külək və günəş stansiyalarının inşa ediləcəyini bildirdi. Batareya Enerji Saxlanc Sistemlərinin yaradılması isə bu enerjinin səmərəli istifadəsini təmin edəcək. Prezident İlham Əliyev çıxışını Azərbaycanın enerji sahəsində qlobal çağırışlara hazır olduğunu bildirərək yekunlaşdırdı.

Zərifə İbrahimova

“Qabaqcıl təhsil işçisi”,YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədr müavini


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.