“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışı Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev mərasimdəki çıxışında enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz hissəsi olduğunu vurğuladı. Dövlət başçısı qeyd etdi ki, bərpaolunan enerji layihələri ölkənin uzunmüddətli strateji maraqlarına xidmət edir.

Prezidentin sözlərinə görə, Azərbaycanın coğrafi mövqeyi müxtəlif növ alternativ enerji mənbələrinin inkişafı üçün geniş imkanlar yaradır. Qaradağ, Xızı, Abşeron, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr bunun sübutudur. Xüsusilə Xəzər dənizinin külək potensialının 157 giqavat həcmində qiymətləndirilməsi ölkənin gələcək planları üçün böyük perspektiv açır.

Çıxışda Qarabağ və Şərqi Zəngəzur bölgələrində inşa edilən kiçik su elektrik stansiyalarına da toxunuldu. Son beş ildə bu ərazilərdə 40-a yaxın stansiyanın istifadəyə verilməsi nəticəsində 300 meqavatdan artıq güc əldə edilib. Prezident İlham Əliyev yaxın illərdə bu rəqəmin daha da artacağını və regionun “yaşıl enerji zonası”na çevriləcəyini bildirdi.

Dövlət başçısı sonda Azərbaycanın enerji məhsullarının ixracı ilə bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verdiyini vurğuladı. Neft, qaz və elektrik enerjisi sahəsində etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın beynəlxalq nüfuzunun ildən-ilə artdığı qeyd edildi. Prezident İlham Əliyev stansiyanın fəaliyyətinə uğurlar arzulayaraq, bu cür layihələrin davamlı olacağını bildirdi.

Rafiq Kalbalıyev

YAP Şuşa rayon təşkilatının 39 nömrəli ərazi partiya təşkilatının sədri müavini


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.