Azərbaycan son illərdə alternativ və bərpa olunan enerji sahəsində sistemli və ardıcıl siyasət həyata keçirir. Prezident İlham Əliyevin “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışındakı çıxışı bu siyasətin əsas fəlsəfəsini bir daha ortaya qoydu. Dövlət başçısı yaşıl enerjinin ölkənin enerji təhlükəsizliyində artan rolunu xüsusi vurğuladı.

İşğaldan azad edilmiş ərazilərdə enerji layihələrinin reallaşdırılması Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindəndir. Qarabağ və Şərqi Zəngəzurda günəş, külək və hidroenerji potensialının yüksək olması bu ərazilərin tam şəkildə “yaşıl enerji zonası”na çevrilməsinə imkan yaradır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, son beş ildə bu bölgələrdə onlarla kiçik su elektrik stansiyası inşa edilib və enerji infrastrukturu müasir standartlara uyğun şəkildə qurulub. Bu yanaşma dayanıqlı məskunlaşmaya, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqinə xidmət edir.

“ACWA Power” şirkətinin Azərbaycandakı fəaliyyəti də bu prosesin mühüm tərkib hissəsidir. Şirkətin ilk bərpa olunan enerji layihəsi olan “Xızı-Abşeron” KES müasir texnologiyaların ölkəyə gətirilməsinə və ekoloji cəhətdən təmiz enerji istehsalının artırılmasına şərait yaradır.

Bütün bu amillər göstərir ki, Azərbaycanın enerji xəritəsi artıq yaşıl enerji üzərində formalaşır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu strategiya həm regionların inkişafına, həm də ölkənin beynəlxalq öhdəliklərinin yerinə yetirilməsinə mühüm töhfə verir.

Məmmədli Nəzirə

YAP Şuşa rayon təşkilatının əməkdaşı


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.