Müasir dövrdə enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilib və Azərbaycan bu çağırışlara vaxtında və adekvat cavab verən ölkələrdəndir. Ölkəmiz enerji asılılığından tam azad olmaqla yanaşı, regional və beynəlxalq enerji bazarlarında mühüm mövqe qazanıb. Bu nailiyyətlər sistemli dövlət siyasətinin, düzgün strateji qərarların və ardıcıl islahatların nəticəsidir.

Azərbaycanın enerji strategiyası tarixi baxımdan möhkəm təməl üzərində qurulub. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanan “Əsrin Müqaviləsi” ölkənin iqtisadi inkişafının əsasını qoydu. Sonrakı dövrdə yaradılan neft-qaz infrastrukturu, beynəlxalq kəmər layihələri və enerji diplomatiyası bu xəttin uğurla davam etdirildiyini təsdiqlədi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə enerji siyasəti yeni mərhələyə qədəm qoyaraq bərpaolunan enerji istiqamətində genişləndirildi. “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istifadəyə verilməsi bu siyasətin mühüm nəticəsidir. Stansiya ölkənin enerji balansını gücləndirməklə yanaşı, ekoloji təmiz enerji istehsalını artırır və karbon emissiyalarının azaldılmasına töhfə verir.
Bu layihə Azərbaycanın gələcək enerji modelinin əsas cizgilərini formalaşdırır. Yaşıl enerji istehsalı, xarici investisiyaların cəlbi və beynəlxalq tərəfdaşlıq mexanizmlərinin genişlənməsi ölkənin enerji sektorunda yeni imkanlar açır. Nəticə etibarilə Azərbaycan enerji sahəsində etibarlı, məsuliyyətli və innovativ dövlət kimi mövqeyini daha da möhkəmləndirir.
İlham Həsənov
YAP Şuşa rayon təşkilatının 26 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın