Bakıda keçirilən “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışı Azərbaycanın enerji siyasətində mühüm mərhələ kimi qiymətləndirilir. Prezident İlham Əliyev çıxışında bu hadisənin ölkənin həyatında əlamətdar xarakter daşıdığını vurğulayaraq, bərpa olunan enerji sahəsində qarşıya qoyulan strateji hədəflərin ardıcıl şəkildə reallaşdırıldığını bildirib. 240 meqavat gücündə olan bu stansiya ölkənin enerji potensialının gücləndirilməsinə xidmət edir.

2022-ci ildə təməli qoyulan bu layihə təkcə enerji istehsalı baxımından deyil, eyni zamanda ixrac imkanlarının genişləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu, “ACWA Power” şirkətinin Azərbaycanda inşa etdiyi ilk bərpa olunan enerji stansiyasıdır və şirkətin ölkəmizlə əməkdaşlığı gələcəkdə daha geniş layihələri əhatə edəcək.

Prezident İlham Əliyev çıxışında son 20 ildə Azərbaycanın enerji sisteminin tamamilə yeniləndiyini diqqətə çatdırıb. Generasiya güclərinin, yarımstansiyaların və ötürücü xətlərin müasirləşdirilməsi nəticəsində ölkənin enerji təhlükəsizliyi yüksək səviyyədə təmin olunub. Bu yanaşma alternativ və bərpa olunan enerji mənbələrinin ümumi sistemə inteqrasiyasını da asanlaşdırıb.

Biləsuvar, Neftçala, Naxçıvan və işğaldan azad edilmiş ərazilərdə planlaşdırılan yeni enerji stansiyaları Azərbaycanın investisiya baxımından cəlbediciliyini daha da artırır. Son beş ildə Qarabağ və Şərqi Zəngəzurda 40-a yaxın kiçik su elektrik stansiyasının inşa edilməsi ölkənin yaşıl enerjiyə verdiyi önəmin bariz nümunəsidir.

Ümumilikdə, “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışı Azərbaycanın “yaşıl enerji”yə keçid strategiyasının uğurla həyata keçirildiyini göstərir. Bu layihə enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, ətraf mühitin qorunması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Elmir Rzayev

YAP Şuşa rayon təşkilatının əməkdaşı


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.