Prezident İlham Əliyevin müsahibəsində Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu geniş şəkildə təhlil olundu. Dövlət başçısı ölkənin suverenliyinin tam bərpasından sonra formalaşan yeni geosiyasi reallıqların beynəlxalq tərəfdaşlar tərəfindən daha düzgün qiymətləndirildiyini vurğuladı. Bu, Azərbaycanın qlobal miqyasda artan nüfuzunun göstəricisidir.

Müsahibədə Azərbaycan–ABŞ münasibətlərində müşahidə olunan müsbət dinamika xüsusi qeyd edildi. Prezident İlham Əliyev bildirdi ki, qarşılıqlı hörmət və praqmatik əməkdaşlıq prinsipləri münasibətlərin əsasını təşkil edir. Vaşinqtonun regionda yaranmış yeni reallıqları daha dərindən dərk etməsi əməkdaşlıq üçün yeni imkanlar açır.
Dövlət başçısı ənənəvi əməkdaşlıq sahələrinin yenidən aktuallaşdığını da vurğuladı. Enerji təhlükəsizliyi, nəqliyyat layihələri və regional sabitlik məsələləri tərəflər arasında dialoqun əsas mövzuları kimi ön plana çıxır. Bu istiqamətlərdə Azərbaycanın təşəbbüsləri beynəlxalq tərəfdaşlar tərəfindən yüksək qiymətləndirilir.
Müsahibənin ümumi ruhu göstərdi ki, Azərbaycan artıq beynəlxalq münasibətlərdə passiv tərəf deyil, prosesləri formalaşdıran aktiv aktordur. Prezident İlham Əliyevin səsləndirdiyi mövqelər ölkənin müstəqil xarici siyasət xəttinin gələcək mərhələdə də ardıcıl şəkildə davam etdiriləcəyini aydın şəkildə nümayiş etdirdi.
Rəfail Məmmədov
“Əməkdar müəllim”, YAP Şuşa rayon təşkilatının fəal üzvü

Bir şərh yazın