Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın müasir siyasi xəttini əks etdirən mühüm mənbə kimi diqqət çəkir. Dövlət başçısı çıxışında ölkənin müharibə mərhələsindən sülh mərhələsinə keçdiyini açıq şəkildə bəyan etdi. Uzun illər davam edən qarşıdurmadan sonra əldə olunan siyasi nəticə Azərbaycanın güclü iradəsinin və ardıcıl siyasətinin məntiqi yekunu kimi təqdim olundu. Bu müsahibə cəmiyyət üçün həm hesabat, həm də gələcəyə yönəlmiş mesaj xarakteri daşıyır.

Prezident vurğuladı ki, sülh yalnız hərbi əməliyyatların dayanması deyil, təhlükəsiz və sabit mühitin formalaşmasıdır. Azərbaycan bu mərhələyə hazır vəziyyətdə daxil olub. Ordunun gücü, iqtisadi potensial və daxili sabitlik sülhün dayanıqlı olmasına zəmin yaradır. Dövlət başçısının fikrincə, əldə olunan nəticələr gələcək nəsillər üçün təhlükəsiz və firavan həyatın əsasını qoyur.
Müsahibədə beynəlxalq münasibətlər kontekstində Azərbaycanın mövqeyi də ətraflı şərh edildi. Prezident İlham Əliyev bildirdi ki, ölkəmiz heç bir güc mərkəzindən asılı olmayan siyasət yürüdür. Bu yanaşma beynəlxalq təşkilatlarla münasibətlərdə də özünü göstərir. Azərbaycanın müxtəlif platformalarda qəbul olunması və təşəbbüslərinin dəstəklənməsi ölkəmizin artan siyasi çəkisini təsdiqləyir.
İqtisadi inkişaf məsələləri müsahibənin əsas istiqamətlərindən biri oldu. Prezident İlham Əliyev qeyd etdi ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsas dayağıdır. Enerji layihələri, nəqliyyat dəhlizləri və azad edilmiş ərazilərdə aparılan quruculuq işləri bu siyasətin real nəticələridir. Dövlət başçısının müsahibəsi Azərbaycanın sülh, inkişaf və milli maraqlar üzərində qurulan strategiyasını aydın şəkildə ortaya qoydu.
Hidayət Səmədov
YAP Şuşa rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın