Azərbaycanın inkişaf strategiyasında vətəndaş amili hər zaman prioritet olub. Dövlət başçısı İlham Əliyev müsahibələrində vurğulayır ki, iqtisadi tərəqqi yalnız statistik göstəricilərdən ibarət deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Ölkədə həyata keçirilən sosial islahatlar, minimum əməkhaqqının artırılması, pensiyaların və müavinətlərin indeksləşdirilməsi vətəndaş rifahını təmin edir və ölkənin davamlı inkişaf strategiyasını gücləndirir. Bu, dövlət siyasətinin insan mərkəzli olduğunu açıq şəkildə göstərir.

Son illər sosial sahədə görülən işlər geniş miqyaslıdır. Keçən yeddi il ərzində beş sosial islahat paketi həyata keçirilib, əhatə dairəsi 4 milyon insanı əhatə edir və təqribən 8 milyard manat vəsait xərclənib. Təkcə 2025-ci ildə bu məqsədlər üçün 1,4 milyard manat büdcə vəsaiti ayrılıb. Dövlət başçısı müsahibəsində qeyd etdi ki, bu vəsaitlər yalnız rəqəmlərdə qalmaqla kifayətlənmir, insanların həyat şəraitini yaxşılaşdırmaq üçün konkret addımlara yönəldilir. Sosial siyasətin bu yanaşması ölkəmizin dayanıqlı inkişafının əsasını təşkil edir.
Azərbaycanın sosial siyasəti iqtisadi inkişafla sıx bağlıdır. Dövlət investisiyaları, infrastruktur layihələri və regionların bərpası sosial rifahı artırmaqla yanaşı, iş yerlərinin yaradılmasına da imkan verir. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri bunun bariz nümunəsidir. Dövlət başçısı müsahibəsində bildirdi ki, bu layihələr həm regionların iqtisadi canlanmasına, həm də soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışına şərait yaradır.
Eyni zamanda, sosial siyasət və iqtisadi inkişaf arasında həssas balans qorunur. Prezident İlham Əliyev müsahibəsində vurğuladı ki, dövlət siyasəti həm sosialyönümlü, həm də investisiyayönümlüdür. Bu balansın qorunması ölkənin uzunmüddətli inkişaf strategiyası üçün vacibdir. Hər bir addımda vətəndaş mərkəzli yanaşma təmin olunur, populizm və qeyri-real vədlərdən uzaq durulur. Nəticədə Azərbaycan xalqı həm rifahını yüksəldir, həm də ölkənin davamlı inkişafına töhfə verir.
Salman Ağalarov
Şuşa rayon Xəlfəli kənd Uşaq Musiqi Məktəbinin direktoru, YAP Şuşa rayon təşkilatının 28 sayılı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın