Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə müharibədən sonrakı dövrün əsas xüsusiyyətlərini əks etdirən mühüm siyasi sənəd kimi dəyərləndirilə bilər. Dövlət başçısı çıxışında 2025-ci ilin tarixi dönüş ili olduğunu bildirərək, Azərbaycanın artıq sülh şəraitində yaşadığını qeyd etdi. Bu mərhələ ölkənin gələcək inkişafı üçün yeni imkanlar açır.

Prezident İlham Əliyev vurğuladı ki, müharibə dövrünün başa çatması cəmiyyətin psixoloji durumuna da müsbət təsir göstərib. Sabitliyə və təhlükəsizliyə olan inam artıb, sosial mühitdə müsbət dinamika formalaşıb. Bu amillər dövlət qarşısında duran strateji vəzifələrin daha səmərəli icrasına şərait yaradır.
Müsahibədə diplomatik uğurlar xüsusi vurğulandı. 907-ci düzəlişin ləğvi Azərbaycanın beynəlxalq müstəvidə haqlı mövqeyinin qəbul edildiyini göstərən mühüm hadisə kimi qiymətləndirildi. Prezident İlham Əliyev bu qərarın Azərbaycanın ardıcıl xarici siyasətinin nəticəsi olduğunu diqqətə çatdırdı.
Dövlət başçısı Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsini və müxtəlif təşkilatlarda fəallığını da qeyd etdi. Bu proseslər ölkənin regional mərkəzə çevrildiyini nümayiş etdirir. Türk dünyası ilə əməkdaşlıq isə xarici siyasətin prioritet istiqamətlərindən biri kimi təqdim olundu.
İqtisadi və sosial inkişaf məsələləri müsahibənin yekun hissəsində ön plana çıxdı. Prezident İlham Əliyev bildirdi ki, Böyük Qayıdış Proqramı mərhələli şəkildə icra olunur və azad edilmiş ərazilərdə həyat tədricən bərpa edilir. Enerji sektoru, müdafiə sənayesi və insan kapitalına yönələn siyasət Azərbaycanın dayanıqlı gələcəyini təmin edən əsas istiqamətlər kimi dəyərləndirildi.
İlham Həsənov
YAP Şuşa rayon təşkilatının 26 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın