Prezident İlham Əliyevin müsahibəsi dövlət idarəçiliyində kadr siyasətinin mahiyyətini aydın şəkildə ortaya qoydu. Dövlət başçısı vurğuladı ki, vəzifə dövlətin etimadıdır və bu etimad yalnız peşəkarlıq, dürüstlük və məsuliyyətlə doğruldula bilər. Bu yanaşma idarəetmədə keyfiyyət meyarlarının əsas götürüldüyünü göstərir.

Müsahibədə xüsusi nümayəndəlik institutunun tətbiqi institusional islahatların mühüm elementi kimi təqdim edildi. Prezident İlham Əliyev bu modelin regionların idarə olunmasında çevikliyi və operativliyi artırdığını bildirdi. Eyni zamanda, bu sistem mərkəzi idarəetmə ilə yerlər arasında daha effektiv əlaqə yaradır.

Dövlət başçısı kadrların fəaliyyətinə verilən qiymətin nəticələrə əsaslandığını açıq şəkildə bəyan etdi. Prezidentin fikrincə, vəzifəli şəxsin şəxsi maraqları dövlət maraqlarından üstün tutulduqda, bu, dərhal hüquqi və siyasi reaksiya doğurur. Bu mövqe dövlət idarəçiliyində “toxunulmazlıq” anlayışının mövcud olmadığını təsdiqləyir.

Müsahibədə səsləndirilən bu yanaşmalar göstərir ki, institusional islahatlar ardıcıl və sistemli xarakter daşıyır. Prezident İlham Əliyevin müəyyən etdiyi kadr siyasəti dövlət aparatının səmərəliliyini artırmaqla yanaşı, ictimai etimadın möhkəmlənməsinə xidmət edir.

Gülnar Qurbanova

Qabaqcıl təhsil işçisi,YAP Şuşa rayon təşkilatının 22 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.