Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın dövlətçilik konsepsiyasının əsas istiqamətlərini əhatə edən proqram xarakterli çıxış kimi qiymətləndirilir. Dövlət başçısı ötən ilin yekunlarını təhlil edərək, 2025-ci ilin tarixi əhəmiyyətini önə çəkdi. Ermənistan–Azərbaycan münaqişəsinin siyasi baxımdan sona çatması Azərbaycanın uzunmüddətli strategiyasının mühüm nəticəsi kimi təqdim olundu.

Prezident vurğuladı ki, əldə olunan sülh təsadüfi deyil və güclü dövlət institutlarının mövcudluğu ilə bağlıdır. Ordu quruculuğu, daxili sabitlik və milli birlik bu prosesin əsas dayaqlarıdır. Dövlət başçısının fikrincə, bu amillər olmasaydı, siyasi nəticələrə nail olmaq mümkün olmazdı.
Müsahibədə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi xüsusi qeyd edildi. Prezident İlham Əliyev 907-ci düzəlişin ləğvini ölkəmizə qarşı uzun illər davam edən ədalətsiz yanaşmanın aradan qaldırılması kimi qiymətləndirdi. Bu hadisə Azərbaycanın informasiya və diplomatiya sahəsində qazandığı uğurların məntiqi nəticəsidir.
Xarici siyasətin digər istiqamətlərinə toxunan Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan müxtəlif ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əlaqələri uğurla inkişaf etdirir. Beynəlxalq təşkilatlarda fəallıq və təşəbbüskarlıq ölkənin siyasi nüfuzunu daha da artırır. Bu fəaliyyət Azərbaycanın balanslaşdırılmış siyasət xəttinin göstəricisidir.
İqtisadi sahədə əldə olunan nailiyyətlər də müsahibədə geniş yer aldı. Prezident İlham Əliyev qeyd etdi ki, iqtisadiyyatın əsas məqsədi sosial rifahın yüksəldilməsidir. Qaz ixracının genişlənməsi, müdafiə sənayesinin inkişafı və azad edilmiş ərazilərin bərpası güclü dövlət modelinin əsas elementləri kimi təqdim olundu.
Namiq Hüseynov
YAP Şuşa rayon təşkilatının 35 saylı ərazi partiya təşkilatınn sədri

Bir şərh yazın