Prezident İlham Əliyevin müsahibəsində toxunduğu ən həssas mövzulardan biri ABŞ Konqresində qəbul edilmiş 907-ci düzəliş oldu. Dövlət başçısı bu düzəlişi Azərbaycan dövlətinə qarşı tətbiq edilmiş açıq ədalətsizlik kimi xarakterizə etdi. Onun sözlərinə görə, həmin dövrdə Azərbaycanın zəif diplomatik imkanları və peşəkar olmayan hakimiyyət bu vəziyyətin yaranmasına şərait yaratmışdı.

Prezident İlham Əliyev qeyd etdi ki, 907-ci düzəliş qəbul edilərkən Azərbaycan artıq torpaq itkisi ilə üz-üzə idi və Ermənistan tərəfindən ağır hərbi cinayətlər törədilmişdi. Belə bir şəraitdə Azərbaycana qarşı “blokada” iddiası ilə sanksiya tətbiq edilməsi həm hüquqi, həm də mənəvi baxımdan absurddur. Bu, beynəlxalq münasibətlərdə ikili standartların bariz nümunəsi idi.

Müsahibədə ABŞ-ın əvvəlki administrasiyalarının, xüsusilə Bayden-Blinken xəttinin Azərbaycanla münasibətləri böhran həddinə çatdırdığı vurğulandı. Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, bu yanaşma ABŞ-ın regiondakı real prosesləri düzgün qiymətləndirmədiyini göstərirdi. Əfqanıstan hadisələri də bu siyasətin iflasını nümayiş etdirdi.

Hazırda isə situasiya tamamilə dəyişib. Prezident İlham Əliyevin fikrincə, Konqresin 907-ci düzəlişi birdəfəlik ləğv etməsi həm siyasi simvolizm, həm də ədalətin bərpası baxımından vacibdir. Bu addım ABŞ–Azərbaycan münasibətlərinin yeni mərhələyə keçidini rəsmiləşdirə bilər.

Kamalə Səfərova

Şuşa Mərkəzi Rayon Xəstəxanası PHŞ-nin direktoru, YAP Şuşa rayon təşkilatının 24 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.