Azərbaycanın inkişaf strategiyasının əsas təməli dayanıqlıq, sabitlik və vətəndaş rifahıdır. Dövlət başçısı İlham Əliyev müsahibələrində dəfələrlə vurğulayır ki, iqtisadi tərəqqi yalnız statistik göstəricilərdən ibarət deyil, insanların gündəlik həyatına birbaşa təsir etməlidir. Ölkədə sabit iqtisadi mühit, investisiya imkanlarının genişliyi və güclü idarəetmə sistemi Azərbaycanın regionda önəmli oyunçu kimi tanınmasına səbəb olub. Eyni zamanda, strateji layihələrin icrası, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda bərpa işləri iqtisadiyyatın dayanıqlığını daha da möhkəmləndirir.

Azərbaycanın sosial siyasəti iqtisadi inkişafla paralel şəkildə həyata keçirilir. Son illər həyata keçirilən sosial islahatlar, maaş və pensiyaların artırılması, sosial müavinətlərin genişləndirilməsi ölkə vətəndaşlarının rifahını yüksəldir. Dövlət başçısı müsahibələrində qeyd edir ki, iqtisadi uğurlar yalnız rəqəmlərdə yox, insanların həyatında əksini tapmalıdır. Bu yanaşma vətəndaş mərkəzli siyasətin güclü təzahürüdür və ölkənin davamlı inkişaf strategiyasının əsasını təşkil edir.
Eyni zamanda, Azərbaycanın beynəlxalq mövqeyi və xarici siyasət sahəsindəki uğurları dayanıqlı inkişafın mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri, beynəlxalq tədbirlərdə iştirakı və regional əməkdaşlıqlar Azərbaycanın strateji rolunu artırır. Azərbaycan yalnız regional, həm də qlobal siyasətdə etibarlı tərəfdaş kimi tanınır və ölkənin iqtisadi və sosial inkişafı beynəlxalq nüfuzunu gücləndirir. Bu yanaşma ölkəmizi uzunmüddətli perspektivdə həm iqtisadi, həm də sosial baxımdan daha dayanıqlı mövqeyə gətirir.
Arif Dostiyev
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şuşa Rayon Komitəsinin Sədri

Bir şərh yazın