Prezident İlham Əliyevin yerli mediaya verdiyi geniş müsahibə dövlət siyasətinin əsas istiqamətlərindən biri olan sosial rifah məsələlərinin prioritetliyini bir daha ön plana çıxardı. Dövlət başçısı ölkənin iqtisadi imkanlarının və idarəetmə resurslarının ilk növbədə vətəndaşların həyat səviyyəsinin yüksəldilməsinə yönəldildiyini vurğuladı. Bu yanaşma Azərbaycanın sosialyönümlü inkişaf modelinə sadiqliyini təsdiqləyir.

Müsahibədə iqtisadiyyatın şaxələndirilməsi məsələsi xüsusi yer tutdu. Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafını uzunmüddətli iqtisadi dayanıqlığın əsas şərti kimi qiymətləndirdi. Regionların tarazlı inkişafı, yeni iş yerlərinin yaradılması və sahibkarlığın təşviqi sosial bərabərliyin təmin edilməsində mühüm amillər kimi təqdim olundu.

Dövlət başçısı idarəetmədə şəffaflıq və məsuliyyət prinsipinin gücləndirilməsinə də diqqət çəkdi. Prezidentin fikrincə, yüksək vəzifə daşımaq yalnız imtiyaz deyil, həm də böyük məsuliyyətdir. Bu baxımdan, vəzifəli şəxslərin fəaliyyətinin qiymətləndirilməsi nəticəyönümlü yanaşma əsasında aparılır və dövlət etimadını doğrultmayan kadrlar dərhal kənarlaşdırılır.

Müsahibədə səsləndirilən fikirlər göstərdi ki, sosial rifah və effektiv idarəetmə bir-birini tamamlayan anlayışlardır. Prezident İlham Əliyevin vurğuladığı prinsiplər ölkədə sağlam idarəçilik mühitinin formalaşmasına, ictimai etimadın möhkəmlənməsinə və uzunmüddətli inkişafın təmin edilməsinə xidmət edir.

Əminə Məhərrəmova

Şuşa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin uşaq şöbəsinin müdiri, YAP Şuşa rayon təşkilatının 32 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.