Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi son müsahibə ölkənin siyasi gündəmini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoydu. Dövlət başçısı çıxışında 2025-ci ili Azərbaycanın tarixində xüsusi əhəmiyyətə malik il kimi xarakterizə edərək, məhz bu dövrdə Ermənistan–Azərbaycan münaqişəsinin siyasi baxımdan başa çatdığını bildirdi. Bu müsahibə yalnız ötən ilin yekunlarının təqdimatı deyil, eyni zamanda qarşıdakı mərhələyə dair strateji baxışın ifadəsi kimi diqqət çəkdi.

Prezident İlham Əliyev müsahibədə vurğuladı ki, əldə olunmuş sülh Azərbaycanın güclü mövqeyinin nəticəsidir. Döyüş meydanında qazanılmış Qələbə diplomatik müstəvidə möhkəmləndirilib və beynəlxalq ictimaiyyət yeni reallığı qəbul edib. Bu gün Azərbaycan regionda sülhün və sabitliyin əsas təşəbbüskarı kimi çıxış edir. Dövlət başçısının fikrincə, sülh prosesi ölkənin təhlükəsizliyini daha da gücləndirir və uzunmüddətli inkişaf üçün əlverişli şərait yaradır.

Müsahibədə Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi də xüsusi qeyd olundu. Prezident İlham Əliyev 907-ci düzəlişin ləğvini tarixi ədalətsizliyin aradan qaldırılması kimi qiymətləndirdi. Bu qərar bir daha göstərdi ki, Azərbaycanın prinsipial və müstəqil siyasəti nəticə verir. Eyni zamanda ölkəmizin bir sıra beynəlxalq təşkilatlarda fəal iştirakı və yeni üzvlüklər qlobal səviyyədə artan etimadın göstəricisidir.

Dövlət başçısının müsahibəsində iqtisadi və sosial məsələlər də geniş yer aldı. Prezident bildirdi ki, iqtisadi müstəqillik Azərbaycanın əsas üstünlüklərindən biridir. Enerji sahəsində əldə edilən nailiyyətlər, ixrac imkanlarının genişlənməsi və azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri ölkənin dayanıqlı inkişaf yolunda olduğunu sübut edir. Ümumilikdə müsahibə Azərbaycanın gələcəyə inamla baxdığını nümayiş etdirən proqram xarakterli çıxış kimi dəyərləndirilir.

Xəyalə Novruzova

Şuşa rayon 7 №li tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədr müavini


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.