Prezident İlham Əliyevin yanvarın 5-dəki müsahibəsi Azərbaycanın 2025-ci ildə apardığı fəal və balanslı xarici siyasətin geniş mənzərəsini ortaya qoydu. Dövlət başçısı təkcə ABŞ-la deyil, digər qlobal və regional güclərlə münasibətlərin inkişafına da xüsusi diqqət ayırdı. Bu yanaşma Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsində mühüm rol oynayır.

Müsahibədə Çinlə imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə xüsusi vurğulandı. Prezident İlham Əliyev qeyd etdi ki, Çin kimi qlobal güclə bu səviyyədə münasibətlərin qurulması Azərbaycanın diplomatik uğurunun göstəricisidir. Bu əməkdaşlıq iqtisadi, nəqliyyat və texnoloji sahələrdə yeni imkanlar açır.
Dövlət başçısı Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsini də mühüm nailiyyət kimi qiymətləndirdi. Onilliklər ərzində yeni üzv qəbul etməyən bu quruma Azərbaycanın daxil olması ölkəmizə olan beynəlxalq etimadın göstəricisidir. Azərbaycan artıq bu platformada fəal təşəbbüslərlə çıxış etməyə başlayıb.
Eyni zamanda Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzvlük Azərbaycanın regional rolunu daha da gücləndirib. Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan bu gün Mərkəzi Asiyanı Qərblə birləşdirən etibarlı körpü rolunu oynayır. Bu isə ölkənin geosiyasi əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır.
Elmir Rzayev
YAP Şuşa rayon təşkilatının əməkdaşı

Bir şərh yazın