Prezident İlham Əliyevin müsahibəsində geniş yer alan mövzulardan biri Azərbaycan–ABŞ münasibətlərinin yeni mərhələyə keçməsi oldu. Dövlət başçısı qeyd etdi ki, bu münasibətlərin inkişafına uzun illər mane olan əsas amillər aradan qalxıb. Ermənistan–Azərbaycan müharibəsinin siyasi baxımdan başa çatması bu baxımdan həlledici rol oynayıb.

Müsahibədə ABŞ-da Tramp administrasiyasının hakimiyyətdə olmasının əhəmiyyəti xüsusi vurğulandı. Prezident İlham Əliyev bildirdi ki, bu administrasiya daha praqmatik yanaşma sərgiləyir və milli maraqlara əsaslanan siyasət yürüdür. Bu da Azərbaycan kimi regional güclə əməkdaşlığı ABŞ üçün aktual edir.

907-ci düzəlişin Ağ Ev səviyyəsində dayandırılması və strateji işçi qrupunun yaradılması ikitərəfli münasibətlərdə etimadın bərpasının göstəricisi kimi qiymətləndirildi. Prezidentin sözlərinə görə, bu addımlar sadəcə formal qərarlar deyil, gələcək strateji tərəfdaşlığın əsasını qoyan siyasi mesajlardır.

Müsahibədən aydın olur ki, Azərbaycan ABŞ-la münasibətlərdə bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq xəttini davam etdirəcək. İqtisadiyyat, nəqliyyat və təhlükəsizlik sahələrində əməkdaşlıq bu münasibətlərin əsas istiqamətləri olacaq.

Gülsarə Abbasova

Respublikanın “Əməkdar mədəniyyət işçisi”, Şuşa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru,YAP Şuşa rayon təşkilatının 32 saylı ərazi partiya təşkilatının sədr müavini


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.