Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibə 2025-ci ilin Azərbaycan üçün nə dərəcədə əlamətdar olduğunu bir daha aydın şəkildə ortaya qoydu. Dövlət başçısı müsahibəsində vurğuladı ki, məhz bu il Ermənistan–Azərbaycan münaqişəsinə siyasi baxımdan tam və qəti şəkildə son qoyulub. Beləliklə, Azərbaycan tarixində ilk dəfə olaraq uzunmüddətli müharibə mərhələsindən real sülh mərhələsinə keçid baş verib.

Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan xalqı və dövləti onilliklər ərzində müxtəlif formalarda müharibə şəraitində yaşayıb. Aktiv döyüşlər, atəşkəs dövrü, İkinci Qarabağ müharibəsi və sonrakı antiterror tədbirləri ardıcıl şəkildə davam edib. 2025-ci ilin avqustunda isə bu prosesə beynəlxalq siyasi müstəvidə yekun vurulub və Azərbaycanın hərbi qələbəsi diplomatik zəmin üzərində möhkəmləndirilib.

Müsahibədə sülhün artıq real nəticələrinin hiss olunduğu da xüsusi vurğulandı. Cəmiyyətdə sabitliyə və təhlükəsizliyə inam artıb, iqtisadi fəallıq genişlənib, sosial əhvali-ruhiyyə müsbət istiqamətdə dəyişib. Prezident qeyd etdi ki, sülh şəraitində yaşamağı öyrənmək özü də yeni bir təcrübədir və bu təcrübə Azərbaycanın gələcək inkişaf strategiyasına mühüm təsir göstərəcək.

Prezident İlham Əliyevin müsahibəsi göstərir ki, 2025-ci il təkcə təqvim ili deyil, eyni zamanda Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsində dönüş nöqtəsidir. Siyasi sabitlik, beynəlxalq legitimlik və daxili inkişaf üçün yaranan yeni imkanlar bu ili tarixə yazdıran əsas amillər kimi qiymətləndirilir.

Rəsmiyyə Məmmədova

“Qabaqcıl təhsil işçisi”, Şuşa Şəhəri üzrəTəhsil Sektorunun müdiri, YAP Şuşa rayon təşkilatının 16 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.