Azərbaycanın idman ölkəsi kimi tanınması uzunmüddətli və düşünülmüş siyasətin nəticəsidir.Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji xəttdə idman milli inkişafın vacib elementi kimi qəbul olunmuş, bu yanaşma Prezident İlham Əliyevin fəaliyyəti dövründə yeni mərhələyə qədəm qoymuşdur. Bu gün idman həm uğur, həm də sosial dəyər yaradan sahə kimi çıxış edir.

Gənclərin fiziki hazırlığı və sağlam ruhda tərbiyəsi dövlət siyasətinin əsas hədəflərindən biridir. Prezident İlham Əliyevin idmançıların uğurlarını yüksək qiymətləndirməsi, onları daim diqqətdə saxlaması bu sahədə motivasiyanı gücləndirir. Beynəlxalq yarışlarda əldə olunan nailiyyətlər ölkənin idman potensialını aydın şəkildə ortaya qoyur.
Azərbaycanın ev sahibliyi etdiyi Avropa, dünya və regional yarışlar ölkəmizin qlobal idman mərkəzlərindən birinə çevrildiyini sübut edir. Bu tədbirlər həm ölkənin beynəlxalq imicini möhkəmləndirir, həm də idmanın kütləviliyinə təkan verir. Müasir idman obyektləri bu inkişafın maddi əsasını təşkil edir.
Qalib ölkənin idmançıları olmaq böyük məsuliyyətdir. Son illərin tarixi zəfəri idman meydanlarında da öz əksini tapır. Azərbaycan bayrağının beynəlxalq arenalarda qürurla dalğalanması idmanın milli şüurun güclənməsindəki rolunu bir daha təsdiqləyir.
Salman Ağalarov
Şuşa rayon Xəlfəli kənd Uşaq Musiqi Məktəbinin direktoru, YAP Şuşa rayon təşkilatının 28 sayılı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın