Azərbaycanın idman sahəsində əldə etdiyi nəticələr ölkənin uzunmüddətli və məqsədyönlü inkişaf strategiyasının mühüm göstəricilərindən biridir. Son illər beynəlxalq yarışlarda qazanılan çoxsaylı uğurlar göstərir ki, idman artıq ayrı-ayrı nailiyyətlər üzərində deyil, sistemli yanaşma və davamlı dövlət dəstəyi əsasında inkişaf edir. Bu nəticələr Azərbaycanın idman ölkəsi kimi mövqeyini daha da gücləndirir və gələcək perspektivlər üçün möhkəm zəmin yaradır.

İdmanın inkişafı müasir Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri kimi formalaşıb. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə yüksəlib. Gənclərin idmana cəlb olunması, sağlam həyat tərzinin təşviqi və fiziki hazırlığın gücləndirilməsi dövlət siyasətinin əsas məqsədlərindəndir. Bu yanaşma idman uğurlarının təsadüfi deyil, davamlı xarakter daşımasını təmin edir.
Prezident İlham Əliyevin idman sahəsinə göstərdiyi diqqət həm infrastrukturun inkişafında, həm də idmançıların hazırlıq səviyyəsində özünü aydın şəkildə göstərir. Paytaxtla yanaşı regionlarda yaradılan müasir idman obyektləri gənclər üçün geniş imkanlar açır. Bu infrastruktur beynəlxalq yarışların müxtəlif şəhərlərdə keçirilməsinə şərait yaradaraq Azərbaycanın təşkilati potensialını nümayiş etdirir.
İdman uğurları eyni zamanda milli birlik və vətənpərvərlik ruhunun güclənməsinə xidmət edir. Qalib ölkəni təmsil edən idmançılar beynəlxalq arenalarda çıxış edərkən bu məsuliyyəti dərindən dərk edirlər. Sağlam fiziki hazırlıqla yanaşı, yüksək mənəvi dəyərlərə əsaslanan bu yanaşma Azərbaycanın idman sahəsində qazandığı uğurların davamlı olacağını göstərir.
Türkan Hüseynova
Şuşa şəhər 1 nömrəli tam orta məktəbin müəllimi,YAP Şuşa rayon təşkilatının fəal üzvü

Bir şərh yazın