Müstəqil Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər dövlətin uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi formalaşıb. Heydər Əliyevin gənclərə və sağlam nəslin yetişdirilməsinə verdiyi önəm bu gün Prezident İlham Əliyevin siyasətində sistemli və ardıcıl şəkildə davam etdirilir. İdman dövlət səviyyəsində prioritet elan olunaraq sosial, mənəvi və milli dəyərlərin daşıyıcısına çevrilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə idman infrastrukturu əsaslı şəkildə yenilənib, yeni Olimpiya İdman Kompleksləri və müasir idman obyektləri istifadəyə verilib. Bu addımlar gənclərin idmana marağını artırmaqla yanaşı, peşəkar idmançıların hazırlanması üçün də əlverişli şərait yaradıb. Nəticədə Azərbaycan idmançıları beynəlxalq yarışlarda yüksək nəticələr əldə edir, ölkəmizin idman reytinqi ildən-ilə yüksəlir.

İdman uğurları eyni zamanda milli həmrəyliyin və vətənpərvərlik ruhunun güclənməsinə xidmət edir. Qalib ölkənin idmançıları beynəlxalq arenalarda çıxış edərkən bu məsuliyyəti dərindən dərk edirlər. Dövlət Bayrağının idman arenalarında ucaldılması cəmiyyətin bütün təbəqələrində qürur hissi yaradır və gənc nəslin milli dəyərlərə bağlılığını daha da möhkəmləndirir.

Aynurə Məlikova

Şuşa rayon 10 №li tam orta məktəbin direktoru,YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.