Müasir Azərbaycanın idman strategiyası dövlətçilik fəlsəfəsinin ayrılmaz hissəsidir.Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı bu yanaşma Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə həyata keçirilir. İdman sahəsində əldə olunan nəticələr ölkənin ümumi inkişaf səviyyəsinin göstəricisi kimi dəyərləndirilir.

Dövlətin idmana göstərdiyi diqqət gənclərin sağlam və məqsədyönlü formalaşmasına xidmət edir. İlham Əliyevin rəhbərliyi ilə idman infrastrukturu tamamilə yenilənmiş, regionlarda geniş imkanlar yaradılmışdır. Bu siyasət nəticəsində idmanla məşğul olan gənclərin sayı ildən-ilə artır.
Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməsi ölkənin artan nüfuzunun göstəricisidir. Yarışların yüksək səviyyədə təşkili, təhlükəsizlik və logistika imkanları Azərbaycanın bu sahədə etibarlı tərəfdaş olduğunu sübut edir. Bu tədbirlər ölkənin tanıdılmasına mühüm töhfə verir.
İdman eyni zamanda milli ruhun güclənməsinə xidmət edir. Qələbə ideologiyası ilə yetişən idmançılar ölkəni layiqincə təmsil edir, gənclər üçün nümunəyə çevrilirlər. Bu, Azərbaycanın gələcək inkişafında insan kapitalının rolunu daha da artırır.
Nizami Şahvələdov
YAP Şuşa rayon təşkilatının 33 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın