Son illər Azərbaycan idmanının inkişafında müşahidə olunan dinamika 2025-ci ildə daha aydın şəkildə özünü göstərdi. Beynəlxalq yarışlarda qazanılan yüksək nəticələr ölkəmizin idman sahəsində artan imkanlarını təsdiqlədi. Bu nailiyyətlər yalnız idmançıların fərdi bacarığı ilə deyil, eyni zamanda dövlətin idmana göstərdiyi ardıcıl dəstək ilə şərtlənir.

Prezident İlham Əliyevin idman siyasətində gənclərin sağlam və məqsədyönlü formalaşması əsas prioritetlərdəndir. İdmanla məşğul olan gənclərin sayının artması sağlam həyat tərzinin təşviqinə, cəmiyyətin fiziki hazırlıq səviyyəsinin yüksəlməsinə xidmət edir. Bu yanaşma uzunmüddətli perspektivdə ölkənin sosial inkişafına mühüm töhfə verir.

Azərbaycanda yaradılan müasir idman infrastrukturu bu uğurların əsas dayaqlarından biridir. Paytaxtla yanaşı regionlarda da idman obyektlərinin fəaliyyət göstərməsi yarışların coğrafiyasını genişləndirir. Beynəlxalq turnirlərin müxtəlif şəhərlərdə keçirilməsi ölkənin təşkilati imkanlarını nümayiş etdirməklə yanaşı, bölgələrin inkişafına da təkan verir.

İdman tədbirləri Azərbaycan üçün həm də mühüm təqdimat vasitəsidir. Bu yarışlar ölkənin müasir simasını, təhlükəsiz və açıq məkan olduğunu dünyaya göstərir. Dövlətin bu sahəyə verdiyi əhəmiyyət Azərbaycan idmanının gələcəkdə də uğurla inkişaf edəcəyinə əsaslı zəmin yaradır.

Əminə Məhərrəmova

Şuşa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin uşaq şöbəsinin müdiri, YAP Şuşa rayon təşkilatının 32 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.