Azərbaycanın idman sahəsində qazandığı mövqelər ardıcıl və düşünülmüş dövlət siyasətinin məntiqi nəticəsi kimi dəyərləndirilir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf konsepsiyasında gənclərin fiziki və mənəvi cəhətdən sağlam yetişdirilməsi mühüm prioritetlərdən biri olmuşdur. Bu strateji xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə yüksəlib, idman təkcə yarış və nəticə deyil, cəmiyyətin sağlamlığını və milli ruhunu möhkəmləndirən əsas vasitələrdən birinə çevrilib.

Dövlət başçısının idmanın inkişafına göstərdiyi diqqət beynəlxalq arenada əldə olunan uğurlarda aydın şəkildə özünü göstərir. Azərbaycan idmançıları müxtəlif nüfuzlu yarışlarda yüksək nəticələr əldə etməklə ölkəmizin adını qürurla tanıdırlar. Medalların sayında müşahidə edilən artım yalnız fərdi bacarığın deyil, güclü infrastrukturun, peşəkar hazırlıq sisteminin və dövlət dəstəyinin məntiqi nəticəsidir. Prezident İlham Əliyevin idmançılarla mütəmadi görüşləri bu sahəyə verilən dəyərin real göstəricisidir.

Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməsi ölkənin artan nüfuzunu və təşkilatçılıq imkanlarını nümayiş etdirir. Paytaxtla yanaşı bölgələrin də bu prosesə cəlb olunması idmanın kütləviliyini artırır, gənclərin sağlam həyat tərzinə marağını gücləndirir. İdman sahəsində əldə edilən uğurlar Azərbaycanın ümumi inkişaf modelinin ayrılmaz hissəsi kimi çıxış edir və ölkənin gələcək perspektivlərinə inamı daha da möhkəmləndirir.

Zərifə İbrahimova

“Qabaqcıl təhsil işçisi”,YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədr müavini


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.