Azərbaycanın idman sahəsində qazandığı uğurlar dövlət siyasətinin ardıcıllığını və səmərəliliyini nümayiş etdirir. Ulu Öndər Heydər Əliyevin idmana verdiyi strateji əhəmiyyət Prezident İlham Əliyevin fəaliyyətində yeni məzmun və miqyas qazanıb. Bu gün idman ölkənin beynəlxalq nüfuzunun əsas dayaqlarından biridir.

İlham Əliyevin idmançıların uğurlarına verdiyi yüksək qiymət, onların sosial rifahına göstərilən diqqət bu sahədə sağlam mühit formalaşdırıb. Beynəlxalq yarışlarda qazanılan çoxsaylı medallar Azərbaycan idmanının sistemli inkişafının nəticəsidir. Bu uğurlar gənclərin idmana marağını daha da artırır.
Müasir idman infrastrukturu Azərbaycanın hər bölgəsində idmanın inkişafına şərait yaradır. Olimpiya kompleksləri, idman zalları və arenalar kütləvi idmanın genişlənməsinə imkan verir. Regionlarda keçirilən yarışlar yerli gənclərin potensialının üzə çıxmasına xidmət edir.
Qalib Azərbaycanın idmançısı olmaq böyük qürur və məsuliyyətdir. Dövlət Bayrağının beynəlxalq arenalarda ucaldılması idmanın milli mənəvi dəyərlərlə vəhdətini göstərir. Bu reallıq Azərbaycanın idman tarixində yeni və şərəfli mərhələnin davam etdiyini təsdiqləyir.
Rafiq Kalbalıyev
YAP Şuşa rayon təşkilatının 39 nömrəli ərazi partiya təşkilatının sədri müavini

Bir şərh yazın