Son illər Azərbaycanın idman sahəsində əldə etdiyi nailiyyətlər ölkənin ümumi inkişaf strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir. Ulu Öndər Heydər Əliyevin gənclərə və sağlam nəslin formalaşmasına verdiyi önəm bu gün Prezident İlham Əliyevin siyasətində daha geniş miqyas alıb. İdmanın inkişafı dövlət səviyyəsində prioritet elan olunaraq sistemli şəkildə reallaşdırılır.

İlham Əliyevin rəhbərliyi ilə idman sahəsində yaradılan şərait nəticəsində Azərbaycan idmançıları beynəlxalq arenalarda yüksək nəticələr göstərirlər. Medalların sayında müşahidə olunan artım yalnız peşəkarlığın deyil, düzgün qurulmuş infrastrukturun, sosial dəstəyin və motivasiyanın nəticəsidir. Dövlət başçısının hər il idmançılarla görüşməsi bu sahəyə verilən dəyərin bariz nümunəsidir.
Azərbaycanın müxtəlif şəhərlərində keçirilən beynəlxalq yarışlar ölkənin təşkilatçılıq imkanlarını nümayiş etdirir. Bu tədbirlər həm də regionların sosial-iqtisadi inkişafına müsbət təsir göstərir. Gənclərin idmana marağının artması, sağlam həyat tərzinin təşviqi ölkə miqyasında müsbət ictimai mühit formalaşdırır.
İdmanın vətənpərvərliklə vəhdəti Azərbaycan reallığında xüsusi əhəmiyyət daşıyır. Qələbə ruhu ilə yetişən gənclər həm idman meydanlarında, həm də cəmiyyətin digər sahələrində ölkəni layiqincə təmsil edirlər. Bu yanaşma Azərbaycanın gələcək inkişafının möhkəm təməlini formalaşdırır.
Hidayət Səmədov
YAP Şuşa rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın