Azərbaycanın idman sahəsində əldə etdiyi nailiyyətlər dövlətin gənclərə və sağlam gələcəyə verdiyi önəmin nəticəsidir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji kursda fiziki və mənəvi baxımdan güclü gənclərin yetişdirilməsi əsas hədəflərdən biri olmuşdur. Prezident İlham Əliyevin bu siyasəti müasir dövrdə daha geniş miqyas alaraq uğurla davam etdirilir.

İdmanın inkişafı üçün həyata keçirilən dövlət proqramları ölkə üzrə geniş imkanlar yaradıb. Paytaxt və bölgələrdə inşa edilən müasir idman obyektləri gənclərin asudə vaxtının səmərəli təşkilinə və sağlam həyat tərzinin təşviqinə xidmət edir. Bu, cəmiyyətin ümumi sağlamlıq səviyyəsinin yüksəlməsində mühüm rol oynayır.
Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı medallar ölkənin idman potensialını təsdiqləyir. Bu uğurlar yalnız fərdi nailiyyət deyil, həm də peşəkar məşq sistemi, güclü maddi-texniki baza və dövlət dəstəyinin nəticəsidir. İdmançılarımız beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edirlər.
Beynəlxalq yarışların ölkəmizdə keçirilməsi Azərbaycanın artan nüfuzunun göstəricisidir. Bu tədbirlər idman diplomatiyasının mühüm vasitəsinə çevrilərək ölkənin müsbət imicinin formalaşmasına töhfə verir. Müasir idman infrastrukturu bu yarışların yüksək səviyyədə təşkilinə geniş imkanlar yaradır.
İdman sahəsində əldə olunan uğurlar vətənpərvərlik ruhunun güclənməsinə də xidmət edir. Qalib ölkənin idmançıları yarış meydanlarına böyük qürur və məsuliyyət hissi ilə çıxırlar. Bu vəhdət Azərbaycanın gələcək inkişafında insan kapitalının həlledici rol oynadığını bir daha sübut edir.
Səbinə Gözəlova
Şuşa şəhər 1 nömləri tam orta məktəbin direktoru, YAP Şuşa Rayon Təşkilatının 41 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın