Azərbaycan bu gün dünya miqyasında idman ölkəsi kimi tanınır və beynəlxalq idman arenasında sabit mövqe tutur. Bu mövqenin formalaşması təsadüfi deyil, illər boyu həyata keçirilən ardıcıl və məqsədyönlü dövlət siyasətinin nəticəsidir. Beynəlxalq yarışlarda iştirak, eyni zamanda bu yarışlara ev sahibliyi etmək Azərbaycanın idman sahəsində etibarlı tərəfdaş və güclü təşkilatçı kimi qəbul olunmasına şərait yaradıb. Qazanılan uğurlar ölkənin idman imicini daha da möhkəmləndirib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə idman sahəsində kompleks yanaşma tətbiq olunub. Maddi-texniki bazanın möhkəmləndirilməsi, mövcud idman qurğularının yenilənməsi və beynəlxalq standartlara uyğun yeni obyektlərin inşası bu siyasətin əsas istiqamətlərindəndir. Paytaxtla yanaşı regionlarda Olimpiya İdman Komplekslərinin yaradılması gənclərin idmana cəlb olunmasına, sağlam həyat tərzinin geniş yayılmasına mühüm töhfə verir.

Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı nailiyyətlər bu inkişafın real göstəricisidir. Xüsusilə gənclər arasında keçirilən Avropa və dünya çempionatlarında əldə olunan yüksək nəticələr ölkədə güclü idman məktəbinin formalaşdığını göstərir. Komanda hesabında lider mövqelərin tutulması Azərbaycan idmanının rəqabətədavamlı olduğunu sübut edir və bu uğurlar yeni nəsil üçün güclü motivasiya yaradır.

İdman sahəsində əldə edilən nailiyyətlər milli ruhun və vətənpərvərlik hisslərinin möhkəmlənməsində də mühüm rol oynayır. Dövlət Bayrağının beynəlxalq arenalarda ucaldılması cəmiyyətin bütün təbəqələrində qürur hissi yaradır. Bu reallıq göstərir ki, idman təkcə nəticə deyil, eyni zamanda milli birliyin və dövlət gücünün təcəssümüdür.

Leyla Babışova

YAP Şuşa rayon təşkilatının sədr müavini


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.