Azərbaycanın beynəlxalq idman aləmində qazandığı nüfuz uzunmüddətli və məqsədyönlü dövlət siyasətinin real göstəricisidir. Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı inkişaf konsepsiyasında idman sahəsi gənclərin sağlam yetişdirilməsi və cəmiyyətin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir. Bu siyasi xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir çağırışlara uyğun şəkildə davam etdirilir və ölkəmizin idman uğurlarında öz aydın ifadəsini tapır.

Prezident İlham Əliyevin idmana və gənclərə göstərdiyi diqqət nəticəsində Azərbaycanda sağlam həyat tərzi geniş yayılıb. İdman təkcə peşəkar sahə kimi deyil, eyni zamanda, sosial və mənəvi dəyər kimi cəmiyyətin həyatında mühüm yer tutur. Dövlət başçısının idmançılarla mütəmadi görüşləri, onların nailiyyətlərini yüksək qiymətləndirməsi bu sahəyə verilən əhəmiyyətin göstəricisidir.
Beynəlxalq yarışlarda əldə olunan yüksək nəticələr Azərbaycanın idman potensialını nümayiş etdirir. Medalların sayında müşahidə edilən artım idmançıların əzmkarlığı ilə yanaşı, yaradılmış güclü infrastrukturun, peşəkar hazırlıq sisteminin və dövlət dəstəyinin məntiqi nəticəsidir. Azərbaycan idmançıları artıq beynəlxalq arenalarda sabit və rəqabətədavamlı mövqe tuturlar.
Ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi də bu inkişafın mühüm göstəricilərindəndir. Paytaxt Bakı ilə yanaşı, regionlarda keçirilən yarışlar idmanın kütləviləşməsinə və bölgələrin sosial inkişafına töhfə verir. Müasir idman arenaları və Olimpiya kompleksləri bu tədbirlərin yüksək səviyyədə təşkilinə imkan yaradır.
İdman uğurları eyni zamanda milli qürur və vətənpərvərlik ruhunu gücləndirir. Qalib ölkənin bayrağının beynəlxalq arenalarda ucaldılması cəmiyyətin bütün təbəqələrində böyük fəxarət hissi yaradır. Bu amil gənclərin həm fiziki, həm də mənəvi cəhətdən daha güclü formalaşmasına xidmət edir.
Elmira Əliyeva
Tərəqqi medallı,YAP Şuşa rayon təşkilatının 15 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın