2025-ci ildə əldə olunan idman uğurları Azərbaycanın beynəlxalq idman ailəsində mövqeyini daha da gücləndirdi. Qazanılan çoxsaylı mükafatlar ölkədə idman sahəsində aparılan ardıcıl islahatların səmərəsini nümayiş etdirdi. Bu nəticələr idmanın təkcə yarış uğuru deyil, strateji inkişaf sahəsi olduğunu bir daha təsdiqlədi.

Dövlət səviyyəsində həyata keçirilən idman siyasəti gənclərin fiziki və mənəvi inkişafını ön plana çəkir. Sağlam həyat tərzinin təşviqi, gənclərin idmana marağının artırılması ölkənin gələcək inkişafı üçün mühüm amil kimi dəyərləndirilir. Bu yanaşma idman uğurlarının davamlılığını təmin edən əsas şərtlərdəndir.
Müasir idman infrastrukturu Azərbaycanın hər bölgəsində idmanın inkişafına geniş imkanlar yaradır. Beynəlxalq yarışların paytaxtla yanaşı digər şəhərlərdə də keçirilməsi ölkənin geniş potensialını ortaya qoyur. Bu cür tədbirlər regionların sosial-iqtisadi həyatına müsbət təsir göstərir və idmanın kütləviliyini artırır.
Azərbaycanın idman sahəsində qazandığı etimad beynəlxalq miqyasda da yüksək qiymətləndirilir. Ölkəmizin mühüm idman mərkəzlərindən birinə çevrilməsi gələcəkdə daha böyük yarışlara ev sahibliyi etmək imkanlarını genişləndirir. Bu da Azərbaycan idmanının inkişaf yolunda ardıcıl və inamlı addımlarla irəlilədiyini göstərir.
Könül Hüseynova
Tərəqqi medallı, Şuşa Humanitar Kollecinin tyutoru,YAP Şuşa rayon təşkilatının 20 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın