Son illər Azərbaycan idmanının beynəlxalq müstəvidə qazandığı uğurlar ölkədə bu sahəyə verilən yüksək diqqətin nəticəsi kimi qiymətləndirilir. Minlərlə medalın, o cümlədən yüzlərlə qızıl mükafatın qazanılması idmançıların peşəkarlığı ilə yanaşı, sistemli hazırlıq və güclü dövlət dəstəyinin göstəricisidir. Bu nailiyyətlər Azərbaycanın idman ölkəsi kimi mövqeyini möhkəmləndirir və gələcək hədəflər üçün möhkəm zəmin yaradır.

İdmanın inkişafı müasir Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olaraq formalaşıb. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə yüksəlib. Dövlət başçısının idmana və gənclərə xüsusi diqqəti sağlam həyat tərzinin təşviqinə, gənc nəslin fiziki və mənəvi cəhətdən güclənməsinə xidmət edir. Bu yanaşma idman uğurlarının davamlı xarakter almasını təmin edir.
Müasir idman infrastrukturu bu siyasətin əsas dayaqlarındandır. Paytaxtla yanaşı regionlarda yaradılan Olimpiya kompleksləri və idman obyektləri beynəlxalq yarışların müxtəlif şəhərlərdə keçirilməsinə imkan verir. Bu isə həm idmanın kütləviliyini artırır, həm də Azərbaycanın təşkilatçılıq potensialını dünya miqyasında nümayiş etdirir.
Gülnar Qurbanova
Qabaqcıl təhsil işçisi,YAP Şuşa rayon təşkilatının 22 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın