Azərbaycanın idman sahəsində əldə etdiyi nailiyyətlər ölkənin ümumi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi çıxış edir. Beynəlxalq idman arenasında qazandığı uğurlar sayəsində ölkəmiz bu gün idman ölkəsi kimi tanınır və etibarlı tərəfdaş imici formalaşdırır. Bu nəticələr idmanın təsadüfi uğurlar üzərində deyil, sistemli və uzunmüddətli dövlət siyasəti əsasında inkişaf etdiyini göstərir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə idman sahəsində həyata keçirilən ardıcıl tədbirlər bu inkişafın əsasını təşkil edir. Maddi-texniki bazanın gücləndirilməsi, yeni idman obyektlərinin inşası, mövcud qurğuların müasir tələblərə uyğunlaşdırılması ölkədə idmanın hərtərəfli inkişafına şərait yaradıb. Bu yanaşma idmanı yalnız peşəkar sahə deyil, eyni zamanda cəmiyyətin sağlamlığını təmin edən sosial mexanizmə çevirib.

Gənclərin idmana cəlb olunması dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir. Müasir idman infrastrukturu gənc nəslin sağlam ruhda formalaşmasına, fiziki hazırlığının yüksəlməsinə və mənəvi dəyərlərə bağlı yetişməsinə imkan verir. İdmanla məşğul olan gənclər cəmiyyət həyatında daha fəal mövqe tutur, sosial məsuliyyət hissi güclənir.

İdman uğurları vətənpərvərlik ruhunun möhkəmlənməsində xüsusi rol oynayır. Beynəlxalq yarışlarda qazanılan qələbələr, Dövlət Bayrağının ucaldılması və himnimizin səsləndirilməsi cəmiyyətdə özünəinam hissini artırır. Bu mənəvi yüksəliş gənclərin Vətənə bağlılığını daha da gücləndirərək, milli birliyin formalaşmasına xidmət edir.

Məhz bu mənəvi zəmin üzərində yetişən gənclər ölkənin taleyüklü anlarında yüksək vətənpərvərlik nümayiş etdiriblər. İdman meydanlarında əldə olunan qələbələr illər boyu xalqda qaliblik ruhunu möhkəmləndirib. Bu ruh gənclərin milli məsuliyyət hissini artıraraq, Azərbaycanın tarixi Zəfərinə aparan mənəvi əsaslardan birinə çevrilib.

Azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində idman infrastrukturunun da nəzərdə tutulması gələcəyə yönəlmiş strateji baxışın göstəricisidir. Yeni stadionların, idman komplekslərinin tikilməsi bu bölgələrdə sağlam mühitin formalaşmasına, gənclərin inkişafına xidmət edəcək. Bu yanaşma sübut edir ki, Azərbaycanda idman siyasəti davamlı, əhatəli və milli inkişaf məqsədlərinə tam uyğun şəkildə həyata keçirilir.

Elmir Rzayev

YAP Şuşa rayon təşkilatının əməkdaşı


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.