Dəyirmi masa zamanı bildirilib ki, Prezident İlham Əliyevin 22 illik fəaliyyəti Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilməsi ilə səciyyələnir. Qeyd olunub ki, bu illər ərzində ölkədə həyata keçirilən islahatlar nəticəsində sosial-iqtisadi inkişaf təmin olunmuş, dövlət idarəçiliyi daha da təkmilləşdirilmiş, xalqın rifah halının yüksəldilməsi əsas prioritetə çevrilmişdir.


Tədbirdə xüsusilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən bəhs olunub. Çıxış edənlər Prezident İlham Əliyevin Ali Baş Komandan kimi qətiyyətli liderliyinin, siyasi iradəsinin və strateji düşüncəsinin bu Qələbənin əldə olunmasında əsas rol oynadığını vurğulayıblar. Həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərinin ölkəmizin yeni inkişaf mərhələsinin göstəricisi olduğu qeyd edilib.
YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədri Elçin Dadaşov tədbirin yekununda bildirib ki, Prezident İlham Əliyevin 22 illik Prezidentlik fəaliyyəti müasir Azərbaycan tarixində mühüm mərhələ təşkil edir. O, dövlət başçısının yürütdüyü siyasətin gələcəkdə də ölkəmizi yeni nailiyyətlərə və uğurlara aparacağına əminliyini ifadə edib və dəyirmi masanın iştirakçılarını bu istiqamətdə fəal olmağa çağırıb.

Bir şərh yazın