Tədbir zamanı vurğulanıb ki, Prezident İlham Əliyevin 22 illik fəaliyyəti Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilməsinin parlaq nümunəsidir. Bildirilib ki, bu dövrdə sosial-iqtisadi sahədə aparılan islahatlar, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və vətəndaş rifahının yüksəldilməsi əsas prioritetlər sırasında olub. Qeyd edilib ki, məhz bu siyasət nəticəsində ölkəmiz dayanıqlı inkişaf yoluna çıxıb və beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirib.

Çıxışlarda 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbəyə xüsusi diqqət yetirilib. Prezident İlham Əliyevin Ali Baş Komandan kimi qətiyyətli mövqeyi, strateji baxışı və siyasi iradəsinin bu Zəfərin əsas təminatçısı olduğu vurğulanıb. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinin Azərbaycanın yeni inkişaf mərhələsinin başlanğıcı olduğu qeyd edilib.

Tədbirin sonunda YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədri Aynur Məlikova çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin 22 illik Prezidentlik fəaliyyəti müasir Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində mühüm mərhələdir. O, dövlət başçısının apardığı siyasətin bundan sonra da ölkəmizi yeni uğurlara aparacağına əminliyini ifadə edib və partiya üzvlərini bu siyasətin təbliğində daha fəal olmağa çağırıb.


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.