Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son onilliklərdə keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksəlib. Bu mərhələnin əsasını Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli maraqlara əsaslanan dövlətçilik fəlsəfəsi təşkil edir. Prezident İlham Əliyev bu strateji xətti qoruyaraq onu müasir çağırışlara uyğun şəkildə yeniləyib və ölkəmizin müstəqilliyini möhkəmləndirən kompleks islahatlar həyata keçirib. Bu yanaşma Azərbaycanın güclü və sabit dövlət kimi formalaşmasını təmin edib.

İqtisadi sahədə əldə olunan uğurlar dövlət siyasətinin düzgünlüyünü aydın şəkildə nümayiş etdirir. Neft gəlirlərinin səmərəli idarə olunması, qeyri-neft sektorunun inkişafı və regionların sosial-iqtisadi dirçəlişi balanslı inkişaf modelinin əsasını qoyub. Eyni zamanda, sosial siyasətin gücləndirilməsi əhalinin həssas təbəqələrinin rifahının yüksəldilməsinə, şəhid ailələri və qazilərə göstərilən qayğının sistemli xarakter almasına şərait yaradıb.

Azərbaycanın xarici siyasətində prinsipiallıq və müstəqillik əsas xətt kimi çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imici qazanıb. Regional və qlobal enerji layihələrində fəal iştirak, sülh və əməkdaşlıq təşəbbüsləri Azərbaycanın geosiyasi əhəmiyyətini daha da artırıb. Bu siyasət ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsində həlledici rol oynayıb.

44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbə Prezident İlham Əliyevin Ali Baş Komandan kimi qətiyyətini və liderlik bacarığını bir daha sübut etdi. İşğala son qoyulması ilə Azərbaycan yeni reallıqlar yaradaraq regionda sülh və inkişaf gündəliyini müəyyənləşdirdi. Azad edilmiş ərazilərdə həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri isə gələcəyə hesablanmış strateji baxışın təzahürüdür.

Gülsarə Abbasova

Respublikanın “Əməkdar mədəniyyət işçisi”, Şuşa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru,YAP Şuşa rayon təşkilatının 32 saylı ərazi partiya təşkilatının sədr müavini


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.