Azərbaycan Prezidentinin dünya siyasətində artan rolu aparıcı dövlətlərin münasibətində də aydın şəkildə hiss olunur. ABŞ-la münasibətlərin yeni mərhələyə qədəm qoyması, strateji əməkdaşlıq mexanizmlərinin formalaşdırılması ölkəmizə olan etimadın göstəricisidir. Bu proseslər Prezident İlham Əliyevin ardıcıl və praqmatik siyasətinin nəticəsidir.

ABŞ Prezidenti Donald Trampın Azərbaycan liderinə göstərdiyi diqqət və yüksək qiymət iki ölkə arasında münasibətlərin inkişafına verilən önəmi əks etdirir. Uzun illər tətbiq olunan 907-ci düzəlişin dayandırılması Azərbaycanın haqlı mövqeyinin qəbul edildiyini göstərən mühüm siyasi addımdır. Bu qərar həm də Prezident İlham Əliyevin diplomatik uğurunun nümunəsidir.

Dövlət başçısının beynəlxalq liderlər tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunması Azərbaycanın gələcək perspektivlərini daha da möhkəmləndirir. İlham Əliyevin sözü ilə imzasının eyni dəyərə malik olması ölkəmizin beynəlxalq münasibətlərdə qazandığı nüfuzun göstəricisidir. Bu gün Azərbaycan güclü liderin rəhbərliyi ilə inamla irəliləyir.

Əminə Məhərrəmova

Şuşa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin uşaq şöbəsinin müdiri, YAP Şuşa rayon təşkilatının 32 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.